Hind fəlsəfəsi | 4 qayda

hind fəlsəfəsiQayda 1: Qarşına çıxan kəslər hər kimsə, doğru kəslərdir.
Bunun mənası budur, həyatımızda kimsə təsadüfən qarşımıza çıxmaz. Qarşımıza çıxan, ətrafımızda olan hər kəsin bir səbəbi vardır, ya bizi bir yerə apararlar ya da bizə bir şey öyrədərlər.

Qayda 2: Yaşanmış olan hər nə isə, yalnız yaşana biləcək olandır.
Heç bir şey, həm də heç bir şey yaşadığımız şeyi dəyişdirə bilməzdi. Yaşadığımızın içindəki ən əhəmiyyətsiz saydığımız detalı belə dəyişdirə bilmərik. ‘Belə etsəydim, belə olacaqdı' kimi bir cümlə yoxdur. Xeyr, nə yaşandısa, yaşanması lazım olan, yaşana biləcək olandır, dərsimizi alaq və irəliləyək deyə. Hər nə qədər zehinimiz və eqomuz bunu qəbul etmək istəməsə də, həyatımızda qarşılaşdığımız hər hadisə, mükəmməldir.

Qayda 3: İçində başlanğıc olan hər anı doğru xatırla.
Hər şey doğru anda başlar, nə tez nə gec. Həyatımızda yeni bir şeylər olmasına hazır isək, o da başlamağa hazırdır.

Qayda 4: Bitmiş olan bir şey bitmişdir. Bu qədər sadədir.
Həyatımızda bir şey sona çatsa, bu bizim inkişafımıza kömək edər. Buna görə sərbəst buraxmaq, getməsinə icazə vermək və əldə etmiş olduğun bu təcrübəylə irəliyə doğru baxmaq daha yaxşıdır.
 

7 şərh

pascal
Razıyam bu fikirlərlə. Qısacası: Allah qismətimizdə nə yazıbsa, odur!
Amma 4-üncüdə bir az «ilişdim». ;) :) 
_BUMERANQ_
4-cüdə demək istədiyi odu ki, bitmiş olan bir şeyi davam etdirməyə çalışmanın adı yoxdu. Yaxşısı budu onu da bir təcrübə kimi qəbul et və yoluna davam elə.
pascal
Bumeranq, «ilişdim» deməklə, «anlamadım» demək istəmədim. :)
Demək istədim ki, mən bəzən bitmiş olan bir şeyə nöqtə qoymağa tələsməyənlərdənəm. "İlişdim" deməklə bunu nəzərdə tutdum. :)
asel
çox gözəl fikirlərdir, oxudum, indidən sonra çalışacam mənim də «fəlsəfə»m olsun bu fikirlər :)
Diamonds
Çox sağ olun.Həyatımızın gözəl olmağı üçün,məncə,ən gözəl fikirlərdir.
Ferbara
İslam fəlsəfəsinə yaxın fəlsəfədi. Amma bu fəlsəfəyə «dərs almaq» əməli yadı. Çünki, əsas məğz budur ki, sən heç nə etmə, gözlə olanlar başına gəlsin və sən seyr et. :)
BaRLeLiTa
Bir sözlə hər nə olursa olsun səs eləmə :)